Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı dəyirmi masa keçirildi

0


  • Xocalı rayon Mədəniyyət evində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar rayon Mədəniyyət evi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçilərinin iştirakı ilə dəyirmi masa keçirildi.

    İlk olaraq Xocalıda şəhid olanların fotosərgisinə, Xocalı haqqında yazılmış kitablara baxış keçirildi.

    Dəyirmi masada Xocalı faciəsinin canlı şahidləri həmin hadisədən, ermənilərin törətdiyi vəhşiliklərdən danışıldı. Şükür Bəşirov çıxışında Xocalı faciəsinin səbəbini, onun ağır nəticələrini, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərləri iştirakçılara çatdırdı.

    Sonra Gülnaz Zeynalova Xocalı şəhəri haqqında ətraflı məlumat verdi. Daha sonra Nəfiqə Əliyeva, Kamil Əzimov da Xocalı Soyqırımı haqqında ürək ağrısı ilə danışdılar, şəhidlərə rəhmət, ailələrinə səbr arzuladılar.



     










    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib37 dəfə
    Xocalı soyqırımının 28 ci ildönümü ilə bağlı dəyirmi masa keçirildi

    Maraqlı gələ bilər
    41
    52